RƏSMİ


Prezident İlham Əliyev Monteneqro parlamentinin sədrini qəbul edib YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Monteneqro parlamentinin sədri xanım Daniyela Curoviçi qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin yaxşı səviyyədə olduğunu bildirdi. Prezident İlham Əliyev hazırkı dövrdə Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində ölkəmizin önəmli tərəfdaşa çevrildiyini dedi, Azərbaycan ilə Monteneqro arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat və energetika sahələrində də əməkdaşlığın genişləndirilməsinin önəmini vurğuladı.