İQTİSADİYYAT


Beynəlxalq Astronavtika Konqresinə dair Azərbaycandakı səfirlik və diplomatik nümayəndəliklərlə görüş

“Azərkosmos” Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə ölkəmizdə fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndəliklərlə Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə dair görüş keçirir.
AZƏRTAC xəbər verir ki, 28 May – Müstəqillik Günü ərəfəsinə təsadüf edən bu görüşün məqsədi Beynəlxalq Astronavtika Konqresinin regionumuz üçün əhəmiyyətini, o cümlədən kosmik sahədə iştirak edən ölkələrin təcrübə mübadiləsi imkanlarını səfirlik və diplomatik nümayəndələr vasitəsilə dünya ölkələrinə çatdırmaqdır.