RƏSMİ


Prezident İlham Əliyev Qazaxıstanın ölkəmizdə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Alim Bayelin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.