RƏSMİ


Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimini izləyiblər

Mayın 29-da Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbiri izləyiblər.
Taekvondo üzrə dünya çempionatının açılışını izləmək üçün dövlətimizin başçısı və birinci xanım “Baku Crystal Hall”a gəldilər.