CƏMİYYƏT


Lerikdə çəyirtkələr əkinə ziyan vurub

Lerikin dağlıq kəndlərində Mərakeş çəyirtkələrinin əkin sahələrini məhv etmə təhlükəsi yaranıb. Hardan gəldiyi bəlli olmayan ziyanvericilərə qarşı ərazidə mübarizə tədbirlərinə başlanıb.
AZƏRTAC xəbər verir ki, əkinlərin qənimi olan Mərakeş çəyirtkələri Lerikin Blaband kənd ərazi dairəsinə daxil olan kəndlərin örüş sahələrində peyda olub. Ərazidə heyvan otaran çobanlar yerli icra struktrularını bu barədə məlumatlandırıblar. Sakinlər deyir ki, indiyədək belə halla qarşılaşmayıblar.