Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dənizdə batma təhlükəsində olan iki nəfər xilas edildi

04.06.2023 [21:40]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində 2 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Nardaran” sularda xilasetmə məntəqəsinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.