Bakıda silah gəzdirən şəxs həbs olunub
05.06.2023 [11:24]
Xəbərin mətni
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində növbəti əməliyyat keçirilib. Tədbir zamanı Nizami rayonunda yaşayan, əvvəllər məhkum olunmuş Şahin Babayev qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd həmin tapançaya məxsus sandıqça və 8 ədəd patron aşkar edilərək götürülüb.