MƏDƏNİYYƏT


Balakəndə tamburu yaşadan sənətkar

Folklor xalqların şifahi və yazılı ədəbiyyatını, adət-ənənələrini, ululardan miras qalan və qorunub saxlanılan inanclarını, musiqisini, xalq oyunlarını özündə birləşdirən, yaşadan və inkişaf etdirən mədəniyyətin bir qoludur. Balakən rayonunun kənd və qəsəbələrində folklor qrupları, el ozanları da bu sahəni yaşadır və inkişaf etdirir. Rayonda 30 ildən çoxdur ki, tamburu sinəsinə sıxıb söz qoşan, el-obanı, qəhrəmanlarımızı vəsf edən Nizami Dabaxov bu alətə nəinki sahib çıxıb, hətta yeniyetmə və gənclərdə tambura sevgi yaradıb.