Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm
01.10.2026 [12:19]
Xəbərin mətni
Uşaqlıqdan bəri həvəs göstərdiyim sahə olan baytarlıq təbabəti ixtisasını seçmişəm. Atamın da bu sahədə çalışması məndə baytarlığa maraq yaradıb. Bu məqsədlə Türkiyənin “Hasvet” baytarlıq şirkətinin dəstəyi ilə Xəzər Universitetində təhsil almağa qərar verdim. Əminəm ki, bu seçim peşəkar inkişafımda mühüm rol oynayacaq. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Xəzər Universitetinin HASVET Baytarlıq təbabəti fakültəsinin 2-ci kurs tələbəsi Mehmet Tülek söyləyib.