İDMAN


“Əziz Şuşa” veloturunun üçüncü mərhələsinə start verilib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı davam edir.
AZƏRTAC xəbər verir ki, turnirin üçüncü mərhələsi Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından start götürüb.
Velosipedçilər Qəbələ-Ağdaş-Mingəçevir-Gəncə marşrutu üzrə 170 kilometr məsafə qət edəcəklər.