Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzda yağış və selin fəsadları

19.06.2023 [13:03]

Xəbərin mətni

Tovuz rayonunda güclü küləklə müşayiət olunan leysan yağışları fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, rayonun Yuxarı və Aşağı Öysüzlü kəndləri, Qaziqulu kəndinin bir hissəsində sel suları fəsadlara səbəb olub. Güclü yağış və külək bir neçə evin yardımçı tikililərinin uçmasına səbəb olub. Elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Sel ağacları da kökündən çıxarıb. Əhalinin təsərrüfatına ziyan dəyib. Bəzi sakinlərin ev quşları tələf olub. Evlərin zirzəmilərinə su dolub.