İQTİSADİYYAT


“Aframax” tipli “Qarabağ” tankeri istismara verilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının razılığı ilə paritet əsaslarla yaradılan “SA Maritime AFEZCO” Birgə Müəssisəsi tərəfindən alınan növbəti “Aframax” tipli tanker istismara verilib.
ASCO-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin tapşırığı ilə “Qarabağ” adlandırılan gəmidə Dövlət Himninin sədaları altında üçrəngli Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılıb.