İQTİSADİYYAT


17-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi

İyulun 3-də ADA Universitetinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), “BP Azerbaijan”, “Kolin”, TotalEnergies” və “Мasdar” şirkətlərinin birgə təşkilatçılığı ilə 17-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, proqrama, ümumilikdə, 56 iştirakçı qatılıb. Onlardan 24-ü yerli, 32-si isə 13 ölkəni təmsil edən xarici iştirakçılardır. Həmin ölkələr sırasına Azərbaycan, Türkiyə, ABŞ, Böyük Britaniya, İtaliya, İspaniya, Macarıstan, Bolqarıstan, Çin, Yaponiya, Qazaxıstan, Səudi Ərəbistan və Nigeriya daxildir.