CƏMİYYƏT


Hava şəraiti və Mərakeş çəyirtkələri biyan balı təsərrüfatına ciddi ziyan vurub

Respublikada demək olar ki, ən böyük biyan sahəsində yerləşən Saatlıdakı arıçılıq təsərrüfatında bu il məhsuldarlıq minimuma düşüb. Səbəb isə havaların qeyri sabit-keçməsi və ərazidəki biyan bitkilərinin Mərakeş çəyirtkələri tərəfindən yararsız hala salınmasıdır. Arıçı Ağamir Ağayev bildirir ki, arılar bu il biyan sahəsində yaxşı işləyə bilmədiyinə görə balın tərkibi də müəyyən qədər dəyişib. Əvvəlki illərdə süzülən balın tərkibi 99 faiz biyan nektarı olurdu və bu, balın rəngində də özünü göstərirdi. Bu il süzülən bal isə nisbətən tünd rənglidir. Çünki arılar biyanlıq sahədən nektarı az topladığı üçün başqa bitkilərdən - qanqal, yulğun və digər çöl bitkilərindən nektar toplayıb.