CƏMİYYƏT


İsmayıllıda evlər və mağazalar yandı

İsmayıllıda böyük ərazidə yanğın hadisəsi baş verib. Bazarın yaxınlığında başlayan yanğın nəticəsində 2 ev və 3 mağaza yanıb.
Yanğının qarşısını almaq üçüb əraziyə FHN-in qüvvələri cəlb olunub.
Yanğın havanın küləkli olmasına baxmayaraq yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.