İQTİSADİYYAT


İran sərhədinə doğru yeni yolun tikintisi yekunlaşır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ələt-Astara-İran ilə dövlət sərhədi yeni magistral yolunun İranla dövlət sərhədinədək olan hissəsinin tikintisi yekunlaşmaq üzrədir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-cü kilometrlik hissəsindən başlayaraq 3,05 kilometrlik hissəsini əhatə edir.