Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubadlıda ermənilər tərəfindən qətlə yetirilən ukraynalı Oleq Babakın ailəsinə yardım göstərilib

27.07.2023 [12:41]

Xəbərin mətni

Azərbaycan dövləti irqindən, milliyyətindən asılı olmayaraq, Vətənimizin bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçənlərin hər birinin xatirəsini əziz tutur, ailələrinə yardımlarını davam etdirir. Belə qəhrəmanlardan biri də 1991-ci ildə Qubadlı rayonunda mülki vətəndaşlarımızı erməni silahlılarından qoruyarkən həlak olan ukraynalı Oleq Babakdır.