Füzuli rayonunda silah-sursat aşkar edilib
29.07.2023 [10:17]
Xəbərin mətni
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad olunmuş ərazisində hərbi silah-sursatın aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 10 avtomat, 4 qumbaraatan, 2 pulemyot və müxtəlif çaplı 1510 patron götürülərək aidiyyəti üzrə təhvil verilib.