Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nərimanov rayonunda Kazım Kazımzadə küçəsi əsaslı təmir edilib

01.08.2023 [17:18]

Xəbərin mətni

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Nərimanov rayonu ərazisində 711 metr uzunluğa malik Kazım Kazımzadə küçəsində aparılan təmir işləri yekunlaşıb.