Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda şəhid ailələri və müharibə əlili fərdi evlə təmin edilib

06.08.2023 [17:21]

Xəbərin mətni

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Xaçmaz rayonunda iki şəhid ailəsinə və müharibə ilə əlaqədar əlilliyi olan bir nəfərə fərdi ev verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun 6-da Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Qəribov Araz Qərib oğlu, Ləzgiyev Arzuman Şahmurad oğlunun ailəsinə və II qrup müharibə əlili İbrahimov Musa Abmüslüm oğluna fərdi evlərin açarları təqdim olunub.