SİYASƏT


Ceyhun Bayramov: Belçikadan Azərbaycana 120 milyon dollar investisiya qoyulub, Azərbaycandan Belçikaya qoyulmuş investisiyanın həcmi isə 250 milyon dollardır

Belçikadan Azərbaycana qoyulan investisiya 120 milyon, Azərbaycandan Belçikaya qoyulan investisiya isə 250 milyon ABŞ dolları həcmindədir.
AZƏRTAC xəbər verir ki, bu məlumatı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Belçikanın xarici işlər naziri Hadija Labib ilə birgə keçirdiyi brifinq zamanı səsləndirib.