CƏMİYYƏT


Birinci Qarabağ müharibəsi şəhidi Adil Niftəliyev Xaçmazda dəfn olunub

1992-ci ilin yanvarın 26-da Şuşa rayonun Daşaltı kəndində şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçü ölümündən 31 il sonra doğma yurdunda torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Xaçmaz Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və qəsəbə sakinləri iştirak ediblər.