Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbrayılda mina partladı: yaralanan var

25.08.2023 [13:04]

Xəbərin mətni

Avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hadisə nəticəsində 1999-cü il təvəllüdlü Qasımov Həbib əlindən xəsarət alıb. O xəstəxanaya çatdırılıb. Araşdırma aparılır.