CƏMİYYƏT


İtkin şəhidimizin qalıqları dəfn edildi

Otuz bir il əvvəl Şuşada - Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olan Nofəl Qurbanov paytaxtın Sabunçu rayonundakı Şəhidlər xiyabanında torpağa tapşırılıb.Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.