Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçaydan keçən hissəsi çöküb

27.08.2023 [14:25]

Xəbərin mətni

Yağan yağış suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayon ərazisindən keçən hissəsinin 194+500-cü km hissəsinə yol təsərrüfatına zərər dəyib. Yağış sularının səviyyəsi yüksək olduğundan avtomobil yolunun hərəkət hissəsindən keçərək, həmin adıçəkilən kilometrdə avtomobil yolunun çökməsinə səbəb olub.