İQTİSADİYYAT


Azərbaycan Pekində CIFTIS sərgisində vahid ölkə stendi ilə iştirak edir

Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisi (CIFTIS) çərçivəsində “Çində İnvestisiya İli: Xidmət sənayesinin xüsusi təşviqinin genişləndirilməsi” konfransı keçirilib.
Konfransda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin innovasiyayönümlü investisiya imkanlarının Azərbaycan üçün önəmini qeyd edib. Bildirib ki, Azərbaycan iqtisadiyyatının diversifikasiya, innovasiya və transformasiyaya sadiqliyi xarici investorlar üçün əlverişli mühiti təmin edib. Şərqlə Qərbin kəsişməsində strateji mövqedə yerləşən Azərbaycan çinli sərmayədarları cəlb edə biləcək geniş imkanlara malikdir.