İQTİSADİYYAT


Mərkəzi Bank 2024-2028-ci illər üçün fintex strategiyası hazırlayır

Bakıda ilk dəfə Azərbaycan-Türkiyə Fintex Forumu keçirilib. Forumda hər iki ölkənin aparıcı ekspertləri fintex ekosistemlərinin cari vəziyyəti və inkişaf trendləri, yeni çağırışlar, beynəlxalq ödəniş həlləri, rəqəmsal ödəniş sistemləri, maliyyə təhlükəsizliyi və digər mövzularda müzakirələr aparıblar. Mərkəzi Bankın ödəniş sistemləri və hesablamalar departamentinin direktoru Kəmalə Qurbanova Azərbaycanda yeni qəbul olanan Ödəniş sistemləri və Ödəniş xidmətləri haqqında qanun layihəsindən danışıb. O həmçinin qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı Beynəlxalq Maliyyə Korporasiyası ilə birlikdə 2024-2028-ci illər üçün fintex strategiyası hazırlayır.