CƏMİYYƏT


Füzulidə daha 24 ailəyə evlərinin açarları təqdim olunub

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan 24 ailə Füzuliyə çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yenidən çiçəklənən Füzuli doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 24 ailə olmaqla, 92 nəfər Füzuli sakini doğma yurduna qovuşub.