Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdam-Xankəndi yolu açıldı

12.09.2023 [07:58]

Xəbərin mətni

Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndinə keçidi baş tutub.
AZƏRTAC xəbər verir ki, ərzaq və qeyri-ərzaq məhsulları yüklənmiş TIR Rusiya sülhməramlılarının postundan Əsgəran-Xankəndi istiqamətinə keçib. Yükün Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməni əsilli şəxslərə çatdırılması nəzərdə tutulur.
Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən humanitar yük Xankəndinə keçmək üçün 2 gün idi ki, Bərdədə gözləyirdi.

BÖLMƏNİN DİGƏR VİDEOLARI