Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdam istiqamətində qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb

13.09.2023 [13:50]

Xəbərin mətni

Sentyabrın 13-də saat 12:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətindəki döyüş mövqeləri intensiv atəşə tutulub.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb.