Azərbaycan Dövlət İnformasiya Agentliyi

Neftçalada on bir yaşayış məntəqəsinin yolları yenidən qurulur

13.09.2023 [17:01]

Xəbərin mətni

Neftçala rayonunun Xanməmmədli-Qaçaqkənd-Qırmızıkənd-Xol Qarabucaq-Xəzər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 15 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq yol infrastrukturu layihəsinin icrası uğurla davam etdirilir.