Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bahar Muradova Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndə heyətinin üzvləri ilə görüşüb

18.09.2023 [20:21]

Xəbərin mətni

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova sentyabrın 18-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) nümayəndə heyətinin üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə komitə sədri Azərbaycanda qadınların dövlət idarəçiliyində təmsilçiliyinə böyük önəm göstərildiyini, onların dövlət və cəmiyyət həyatına verdikləri töhfələrin çox yüksək dəyərləndirildiyini bildirib. O, Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə çox böyük diqqət yetirdiyini bildirərək əlavə edib ki, qadınların yüksək vəzifələrdə təmsil olunması onların dövlət və ictimai həyatda iştirakçılığının artırılmasına şərait yaradır.