SİYASƏT


Müdafiə Nazirliyi: Mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır", - deyə nazirliyin məlumatında bildirilib.