Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Fransa telekanalında Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən danışılıb

21.09.2023 [16:37]

Xəbərin mətni

Azərbaycan ərazilərində olan Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni birləşmələrinə qarşı lokal antiterror tədbirlər görüb. Üçtərəfli Bəyanatın imzalanmasından 3 il keçməsinə baxmayaraq, Ermənistan üzərinə düşən öhdəliyi yerinə yetirməyib. Bəyanata əsasən, Ermənistan silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmalı idi. Ancaq 10 min erməni hərbçisi hələ də Azərbaycanın suveren ərazilərində qalmışdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Fransanın TV5MONDE televiziya kanalına müsahibəsi zamanı səfir Leyla Abdullayeva söyləyib.

Bölmənin digər videoları