CƏMİYYƏT


ADAU-da Beynəlxalq Ərzaq, Kənd Təsərrüfatı və Baytarlıq Elmləri üzrə VI beynəlxalq konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) və EGE Universiteti ilə birlikdə hibrid formatda Beynəlxalq Ərzaq, Kənd Təsərrüfatı və Baytarlıq Elmləri üzrə VI beynəlxalq konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda əvvəlcə Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət himnləri səsləndirilib. Sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.