CƏMİYYƏT


Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb

Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Samir Məmmədov saxlanılıb. Üzərindən marixuana aşkarlanan şəxs dindirilmə zamanı narkotik maddəni Elpərəst adı ilə tanıdığı həmyerlisindən aldığını bildirib.