CƏMİYYƏT
Xankəndiyə daha 64 ton yanacaq göndərilir
26.09.2023 [13:50]
Xəbərin mətni
Azərbaycan tərəfindən Xankəndiyə növbəti dəfə yanacaq göndərilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, SOCAR-ın yanacaq daşıyan iki avtomobili Xankəndiyə yola düşəcək.
Avtomobillərdən birində 34 ton dizel, digərində isə 30 ton benzin yanacağı aparılacaq.
Yanacaq Ağdam-Əsgəran-Xankəndi yolu ilə ünvana çatdırılacaq.