Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda II Türk Dövlətləri Aqrobiznes Forumu keçirilib

26.09.2023 [17:25]

Xəbərin mətni

Tədbir Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı çərçivəsində təşkil olunub. Forumda təşkilata üzv dövlətlərin və müşahidəçi ölkələrin hökumət üzvləri, dövlət qurumlarının və aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri iştirak ediblər.
İclası giriş sözü ilə açan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkədə aqrar sahədə aparılan islahatlar və gələcək hədəflər barədə tədbir iştirakçılarına məlumat verib. Nazir qeyd edib ki, aqrar sahədə məhsuldarlığın daha da artırılması, iqlimə uyğun, yaşıl və rəqəmsal kənd təsərrüfatının yaradılması, həmçinin ixrac məhsullarının və coğrafiyasının şaxələndirilməsi bu sahənin dayanıqlı inkişafı üçün əsas prinsiplərindəndir.