CƏMİYYƏT


Milli Məclisin deputatı Qənirə Paşayeva ilə vida mərasimi keçirildi

Bakıdakı Heydər məscidində Milli Məclisin deputatu Qənirə Paşayeva ilə vida mərasimi keçirilib.
Mərasimdə dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, deputat səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxanada vəfat edib.