Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda Qudyalçay üzərindəki yeni körpünün dayaqlarının inşasına başlanılıb

29.09.2023 [14:28]

Xəbərin mətni

Xaçmazda Qudyalçay üzərində inşa olunan yeni körpünün dayaqlarının tikintisinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çayın hər iki tərəfində svayların vurulması işləri yekunlaşıb. Hazırda yeni körpünün dayaqlarının armaturla hörülməsi və betonlanması həyata keçirilir. Paralel olaraq çayın içində tikiləcək dayaqın svaylarının vurulması üçün hazırlıq işləri görülür.
Tikintinin vaxtında başa çatdırlıması üçün əraziyə cəlb olunan ağır texnika və canlı qüvvə gücləndirilmiş iş rejimində çalışır.