Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu plenar sessiyalarda işini davam etdirir

29.09.2023 [15:45]

Xəbərin mətni

Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda keçirilən 2-ci Milli Şəhərsalma Forumu işini sessiyalarda davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramının birgə təşkilatçılığı ilə sentyabrın 29-dan oktyabrın 1-dək ölkəmizdə II Azərbaycan Milli Şəhərsalma Forumu keçirilir. Tədbir işğaldan azad edilmiş Zəngilanda və paytaxt Bakıda “Şəhərsalma həftəsi” çərçivəsində reallaşır.