CƏMİYYƏT
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Elmar Məmmədov 31 ildən sonra Şamaxıda dəfn olunub
30.09.2023 [18:04]
Xəbərin mətni
Otuz bir il əvvəl Birinci Qarabağ müharibəsi zamanı Daşaltı uğrunda gedən döyüşlər zamanı itkin düşən şəhid Məmmədov Elmar İnqilab oğlu ilə sentyabrın 30-da Şamaxının Cümə məscidində vida mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, media nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra şəhid Elmar Məmmədovun nəşinin qalıqları rayonun Şəhidlər xiyabanında torpağa tapşırılıb. Şəhidin nəşinin büküldüyü üçrəngli Azərbaycan Bayrağı oğluna təqdim olunub.