Xocalıda narkotik plantasiyası aşkarlanıb
02.10.2023 [15:49]
Xəbərin mətni
Xocalı ərazisində 100 hektarlıq ərazidə xüsusi qulluq edilməklə yetişdirilən çətənə plantasiyası aşkarlanıb.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, narkotik plantasiyası Xocalı hava limanının yaxınlığında yerləşir.
Hazırda Daxili İşlər Nazirliyinin əməkdaşları narkoplantasiyanın aşkarlandığı ərazidədirlər.