Azərbaycan Dövlət İnformasiya Agentliyi

Otuz il əvvəl itkin düşən Seyfulla Tairovun Edillidə aşkarlanan nəşinin qalıqları Saatlıda torpağa tapşırılıb

04.10.2023 [17:23]

Xəbərin mətni

Otuz il əvvəl Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Tairov Seyfulla Veytulla oğlunun Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları doğulduğu Saatlı rayonunda torpağa tapşırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Seyfulla Tairovun nəşi Saatlı rayonunun girişində izdihamla qarşılanaraq ailəsinin yaşadığı və doğulub boya-başa çatdığı Cəfərxan kəndinə gətirilib. Şəhidlə vida mərasimi olub və cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.