Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş nazirin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri ilə görüşüb

07.10.2023 [10:55]

Xəbərin mətni

Oktyabrın 6-da Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tərəflər bu gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında təməlqoyma mərasiminin keçirilməsi, müvafiq inşaat işlərinə başlanılması və inşa ediləcək yeni dəmir yolu xətti və körpülərinin planlarının müzakirəsi ilə bağlı məmnunluqlarını ifadə etdilər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI