MƏDƏNİYYƏT


Türk Dünyası Mədəniyyət Forumunun iştirakçıları “Heydər Əliyev və Qarabağ” adlı fotosərgi ilə tanış olublar

I Türk Dünyası Mədəniyyət Forumunun iştirakçıları oktyabrın 13-də Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, qonaqlar “Heydər Əliyev və Qarabağ” adlı fotosərgi ilə tanış olublar.
Sərgidə Ulu Öndər Heydər Əliyevin sovet dövründə Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən unikal fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Həmçinin sərgidə Ümummilli Liderin Qarabağa səfərləri, burada keçirdiyi görüşlər, müxtəlif tədbirlərə aid fotolar da yer alır.