CƏMİYYƏT


Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik xilasediciləri REPORTAJ

Təbii fəlakətlər, yanğınlar, dağıntılar. Baş verə biləcək hər bir fövqəladə vəziyyətə onlar hazırlıqlı olmalıdırlar. Onların peşəsinin əsas məqsədi insan həyatını xilas etməkdir. Söhbət Fövqalədə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərindən gedir. 14 ildir xilasedici işləyən Ruslan Əsgərov deyir ki, bu peşə  nə qədər məsuliyyətli olsa da, insanların həyatını xilas etmək ona bu sənəti daha da sevdirib.