Füzulidə daha 22 ailəyə evlərinin açarları təqdim olundu
13.10.2023 [18:28]
Xəbərin mətni
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün 22 ailə olmaqla, 62 nəfər Füzuli sakini doğma yurduna qovuşub.