RƏSMİ


Prezident İlham Əliyev Sərsəng su anbarının ərazisində Azərbaycanın Dövlət Bayrağını ucaldıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
AZƏRTAC xəbər verir ki, sonra dövlətimizin başçısı su anbarının ərazisinə baxdı.
Qeyd edək ki, mühüm strateji əhəmiyyətə malik Sərsəng su anbarı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib. 1976-cı ildə Ümummilli Lider Heydər Əliyev su anbarının açılışında şəxsən iştirak edib.