RƏSMİ


Füzuli şəhərində 240 yerlik uşaq bağçasının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində 240 yerlik uşaq bağçasının təməlini qoyub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına uşaq bağçası barədə məlumat verildi.
Bildirildi ki, uşaq bağçasının inşası üçün 2,4 hektar torpaq sahəsi ayrılıb. Layihəyə əsasən, uşaq bağçası üçün əsas bina, oyun zonası, avtodayanacaq və texniki zona yaradılacaq.